ONN İnformasiya Agentliyi

Prezidentdən şəhid ailələrinə şad xəbər

Prezidentdən şəhid ailələrinə şad xəbər
17 Yanvar 2023 - 13:23

Şəhid ailələri daima ölkə başçısının və Birinci Xanımın diqqətini, qayğısını hiss edib.

Bunu şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı, “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Orucova deyib.

“Həm şəhid ailəsinin üzvü, həm də “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri olaraq deyə bilərəm ki, biz hər zaman cənab Prezidentin və hörmətli Mehriban xanımın mərhəmətini, şəfqətini hiss etmişik. Həm ölkə başçımız, həm də dəyərli Mehriban xanım Əliyeva şəhid övladlarının intellektual inkişafı, onların savadlı və sağlam böyüməsi üçün daima müvafiq orqanlara öz lazımi göstərişlərini verir. Eyni zamanda, şəhid ailələrinin və müharibə veteranlarının mənzil şəraitinin yaxşılaşdırılması, onların yeni evlərlə təmin olunması bu gün dövlətin yürütdüyü məqsədyönlü siyasətin əsas tərkib hissəsidir. Yəni, əminliklə söyləyə bilərəm ki, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə qayğı ölkədə həyata keçirilən bütün sosial islahatların mərkəzində dayanır”, – deyə Sevinc Orucova bildirib.

Şəhid xanımı əlavə edib:

“Dəfələrlə qazilərimizin reabilitasiya vasitələri ilə, ən müasir protezlərlə təmin edilməsi, onların sağlamlığına qovuşması üçün atılan davamlı addımlar dövlətimizin öz vətəndaşına olan həssas münasibətinin daha bir əyani göstəricisidir”.

QHT sədri Sevinc Orucova əminliyini ifadə edib ki, dövlət-xalq birliyi müstəqil Azərbaycan yaşadıqca yaşayacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı çox önəmli tezislər vermişdi. Ölkə başçısı müsahibə çərçivəsində, o cümlədən, şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısından bəhs etmişdi. Prezident İlham Əliyev bildirmişdi ki, indiyədək 13 min şəhid ailəsi və müharibə əlilinə mənzillər verilib, bu il isə daha 1500 mənzilin təqdim olunması nəzərdə tutulur. Həmçinin, İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçinin ən müasir protezlərlə təmin olunması barədə məlumat ölkə başçısının çıxışında öz əksini tapmışdı

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png