Prezidentimiz bu addımı ilə yüzlərlə ailəni sevindirdi – Deputat

Prezident İlham Əliyev martın 16-da əfv sərəncamı imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş yüzlərlə şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib.

ONN media xəbər verir ki, Millət vəkili Musa Qasımlı açıqlamasında bildirib ki, bu sərəncam cənab Prezident İlham Əliyevin böyük humanizmini bir daha təsdiq etdi:

“Bu əfv sərəncamı Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindirdi. İnsanların evinə şadyanalıq gətirdi. Bu, bir daha göstərdi ki, dövlət başçımızın siyasətində mühüm yerlərdən birini humanizm tutur”.

Qeyd edək ki, əfv sərəncamı nəticəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, bir neçə nəfərin isə cəzası yüngülləşdirilib.