ONN İnformasiya Agentliyi

“Prezidentin Davosda 30-a yaxın görüşü planlaşdırılıb” — Novruz Məmmədovdan AÇIQLAMA

“Prezidentin Davosda 30-a yaxın görüşü planlaşdırılıb” — Novruz Məmmədovdan AÇIQLAMA
23 Yanvar 2018 - 15:44

Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Novruz Məmmədov Prezident İlham Əliyevin Davos Forumunda iştirakını və keçirdiyi görüşləri şərh edib.

ONN media-nın məlumatına görə, N.Məmmədov bildirib ki, Davos Forumu xüsusilə problemli və parçalanmış dünyanı qarşılıqlı anlaşmaya və əməkdaşlığa çağırır:

“Davos İqtisadi Forumu dünəndən işə başladı. Davos Forumunda 70-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir. 100-dən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşlərə başlayıb. Prezidentimizin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb. Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png