ONN İnformasiya Agentliyi

Prezidentin səfir təyin etdiyi İsmayılov kimdir?

Prezidentin səfir təyin etdiyi İsmayılov kimdir?
07 Fevral 2018 - 20:57

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rəşad İsmayılovla bağlı qərar verib.

ONN media xəbər verir ki, İ. Əliyev R. İsmayılovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Rəşad İsmayılov Bakı şəhərində iyunun 7-si 1974-cü ildə ziyalı ailəsində anadan olub.

O, 1981-1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. Baki Dövlət Universitetinin hüquq fakultəsinin əyanı şöbəsini fərqlənmə diplomu ilə bitirib.

Bundan başqa, o, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakultəsinin məzunu olub. Daha sonra Həyat Qeyri Hökümət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub.

R. İsmayılov sentyabrın 10-u 2015-ci ildə Cənab Prezident İlham Əliyev tərəfindən ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib. Daha sonra isə Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.

Evlidir, iki övladı var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png