Məktəblərdə dərslər dayandırıldı, yollar bağlandı və... - XƏBƏRDARLQ EDİLDİ

İspaniyanın bəzi bölgələrində yağan şiddətli yağışlar dörd nəfərin ölümünə səbəb olub. ONN media xəbər verir ki, ölkənin meteorologiya agentliyi yağış və güclü küləklə əlaqədar xəbərdarlıq edib. Bəzi yaşayış məntəqələrində ən yüksək, qırmızı təhlükə səviyyəsi elan olunub.
Kəskin hava şəraiti ilə bağlı məktəblərdə dərslər dayandırılıb. Yollar bağlanıb, dəmir yollarında hərəkət qismən dayandırılıb.