29 oktyabr Zəngilan rayonunun işğalı günüdür

Zəngilan rayonunun işğalından 26 il ötür. 1993-cü il oktyabrın 29-u Zəngilan mənfur düşmən tərəfindən işğal olunmuşdur. Zəngilan camaatı uzun müddət təpədən dırnağadək silahlanmış yağı düşmənin hücumlarına mərdliklə sinə gərmiş, düşmən qabağından qaçmamışdır. Qanlı döyüşlərdə Zəngilan 188 şəhid vermiş, rayonun 44 sakini itkin düşmüşdür. Qubadlı və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan rayonu düşmənin amansız mühasirəsinə düşmüşdü. Rayonda əzaq və su ehtiyatı tükənirdi. Soyuq payız günlərində çıxış yolu əhalini Araz çayından İran ərazisinə keçirmək oldu. Əks halda mənfur düşmən artilleriyası dinc əhalini qıracaqdı. Zəngilan rayonu Bakı-Culfa_Naxçıvan dəmiryolunun üzərində yerləşdiyindən mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 km2-dir. İqtisadiyyatının əsasını üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edirdi. Azərbaycanın digər rayonlarında olduğu kimi, dövlət tərəfindən Zənfgilanda da bir çox digər ölkələrin həsəd apara biləcəyi infrasturtur formalaşdırlmışdı. Burada 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. Avropada ən böyük ağ çinar meşəsi də bu rayonda idi. Əfsus ki, bu qiymətli ağacları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və s. yeraltı sərvətlərimiz də ermənilər tərəfindən talan edilir. 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə edirlər. Zəngin arxeoloji və memarlıq abidələrindən ən böyüyü «Şəhri Şərifan» adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır. Bu gün Azərbaycanın Silahlı Qüvvələri Zəngəzurun işğalı zamanı olan pərakəndə döyüş qüvvələrimizdən müqayisə olumayacaq dərəcədə fərqlənir. İşğal altında olan torpaqlarımızı geri qaytarmaq üçün dövlətimizin sülhsevər siyasət yeritməyinə baxmayaraq, lazım gələrsə, Ordumuz bu işin öhdəsindən asanlıqla gələ biləcək. Biz tamamilə əminik ki, başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla dövlətimizin yeritdiyi ardıcıl xarici siyasət sayəsində ya danışıqlar, ya da ki, hərb yoluyla tezliklə öz müqəddəs torpaqlarımızı mənfur düşmənin işğalından azad edəcəyik!