Sevilən məşhur aktyor ÖLÜMDƏN SON ANDA DÖNDÜ

Sevilən məşhur aktyor ÖLÜMDƏN SON ANDA DÖNDÜ


Hollivud aktyoru Ceki Çan "Avanqard" filminin çəkilişi zamanı boğulmaqdan son anda xilas olub.
ONN media xəbər verir ki, bu barədə məlumatı "The Straits Times" nəşri yayıb. Onun sözlərinə görə, dənizdə atışma səhnəsini çəkilərkən, Çan bir daşın altında qalıb. Ancaq aktyor təşvişə düşməyərək xilas olmağı bacarıb. "Birdən qorxdum və bədənim titrəməyə başladı. Çox asanlıqla ölə bilərdim",- deyə o, bildirib. Aktyor, hamının çox qorxduğunu və sudan çıxanda rejissor Stanley Tonganın göz yaşlarını saxlaya bilmədiyini deyib. Bundan başqa Çan, setdə bu cür təhlükəli vəziyyətlərlə tez-tez qarşılaşdığını söyləyib.
Geri qayıt