Milli Məclisin növbəti iclası - Bu məsələlər müzakirə olunacaq

Azərbaycanın Milli Məclisi 23 fevral tarixində növbəti plenar iclasını keçirəcək.
ONN media xəbər verir ki, parlamentarilərin müzakirə edəcəyi məsələlərin siyahısı məlum olub. Millət vəkilləri iclas çərçivəsində 18 məsələyə baxacaqlar.
Bunlar “Patent haqqında”, "Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında”, "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, "Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqıda”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında”, Sanitariya-epidemioloji salamatlıq haqqında” “Yol hərəkəti haqqında”, “Standartlaşdırma haqqında”, və.s qanunları, o cümlədən Miqrasiya, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir.
Həmçinin iclasda yeni hazırlanan “Texniki təmizləmə haqqında” qanun layihəsinə də baxılacaq.