Günün qoroskopu: doğru qərarlar verərək yanlış yolla getməkdən uzaq durun

ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - bu gün "məhsul yığımı" dönəmidir. Münasibətlər bərpa olur, gələcəklə bağlı perspektivlərin formalaşdırılmasında bəzi adamlarla razılıq əldə olunur. Yeni təəssüratların mənbəyi dostlar və iş yoldaşları olacaqlar. Prioritetlərin dəyişməsi, yerdəyişmələr ola bilər. Bu isə işlərinizin gedişatı ilə maraqlarınıza təsir edəcək. Buğa - yeni orientirləri seçin. Yaxın ətrafınızdakı emosionallığa fikir verməyin, təsirlərə və təzyiqlərə dayanıqlı olun. Daha çox hərəkət edin, daha az mübahisə edin. Axşam saatlarında aktiv olun. Əkizlər - hissləriniz və emosiyalarınız dayanıqlı, səbatlı deyil. Maraqlarınızı, istəklərinizi nə isə tam yeni məcraya yönəldə bilər. İşgüzar və ya şəxsi həyatınızda yetərincə mühüm məsələ həllini gözləyir. Yaxın ətrafınızdakı insanlar arasında önəm verdiyiniz şəxslərlə münasibələrinizin perspektivləri dəyişir. Qəfil addım, etiraf, yaxın insanla önəmli söhbət istisna deyil. Xərçəng - bir qədər nevroz, həyacanlı vəziyyətdəsiniz. Bayramdan sonra iş ahəngini bərpa etmək çətindir. Təlaşlanmayın. Gərginliyi unutsanız, hər işin öhdəsindən gələ bilərsiniz. Axşam saatlarına qədər yorulmamağa çalışın. Şir - bəzi münasibətlərə və işlərə tamamilə yenidən, fərqli mərhələdən başlamağa ehtiyac var. Önəm verdiyiniz insan və ya nəsnəni qoruyun. Axşam saatlarında sakitliyi seçin. Qız - indi ən mühüm məsələ evdə sakitliyi qoruyaraq yaxın adamlarınızla əlaqələri pozmamaqdır. Ailə üzvləri və qohumlardan kimsəni diqqətinizdən kənarda saxlamayın. Sakitliyə üstünlük verin, gələcəklə bağlı planlarınızı dəqiqləşdirin. Tərəzi - yeni ilin ilk günü təmaslarınızın xoş olmasına çalışın. Ən kiçik məsələlərə görə mübahisə etməyin. Fikir ayrılıqları yarana bilər. Anlaşılmazlıqları çözün. Mövqeləri aydınlaşdıraraq mübahisələr yaratmayın. Xaosun hökm sürdüyü məkanda qayda yaradın.