DİN-in karantin rejimi ilə bağlı "qaynar xətt"i yaradıldı

Daxili İşlər Nazirliyinin (DİN) karantin rejiminin tətbiqi ilə bağlı "qaynar xətt"i yaradılıb. Din-dən ONN media -ya verilən məlumata görə, respublikada xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı sualların cavablandırılması və problemlərin həllində köməklik məqsədilə bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən “qaynar xətt” telefon xidməti yaradılıb. Qeyd edilən məsələlərlə əlaqədar (012) 590 80 20 telefon nömrəsinə zəng edə bilərsiniz.