İlham Əliyevin təşəbbüsü ilə Türk dövlətlərinin Zirvə görüşü keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək. ONN media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunacaq.