İşıq limiti niyə tətbiq edilmir?

Koronavirusla əlaqədar dəymiş ziyanın azaldılması məqsədilə qəbul edilmiş tədbirlər planına əsasən elektrik enerjisindən güzəştli istifadə limitinin 300 kVt/saatdan 400 kVt/saata çatdırılmasına baxmayaraq, enerjidən istifadəyə görə ödəniş əvvəlki qaydada hesablanır. Bunu vətəndaşlara təqdim edilən işıqpulu çeklərində də müşahidə etmək olur. ONN media xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Azərişıq ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev bildirib ki, bu qərar hələlik quruma təqdim edilməyib. "Bizə bununla bağlı sərəncam gəlməlidir. Biz icra strukturuyuq, hansı gündən olsa, dərhal icra etməyə hazırıq”, - o bildirib.(axar.az)