1 aylıq körpə koronaya qalib gəldi, həkimlər alqışladı

1 aylıq körpə koronaya qalib gəldi, həkimlər alqışladı

Türkiyənin Batman vilayətində 1 aylıq körpə koronavirusa qalib gəlib. ONN media xəbər verir ki, bu barədə körpənin müalicə olunduğu Batman Qadın Doğum və Uşaq Xəstəlikləri Klinikasının baş həkimi doktor H.Dəmir məlumat yayıb. O bildirib ki, Məhəmməd adlı körpə 2 həftə əvvəl xəstəxanaya yerləşdirilib və müalicəsi uğurla başa çatıb. Körpə xəstəxanadan çıxarılarkən həkim heyəti onu alqışlarla yola salıb.

Geri qayıt