Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı

Sabah Ramazan ayının 10-cu günüdür. ONN media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 4-də Bakıda imsak saat 03:55, iftar isə saat 19:54-dədir. Ramazan ayının 10-cu gününün duası: "Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin". Tərcüməsi:
"İlahi, bu ayda məni Öz həsənatlarının sayəsində Sənə təvəkkül edənlərdən, Sənin yanında bu ayda uğur qazananlardan və Özünə yaxınlardan qərar ver Öz yaxşılığınla, ey istək sahiblərinin son Qayəsi!" Allah orucunuzu qəbul etsin!