"Tarqovı" bağlanıb? - RƏSMİ

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə paytaxtın Nizami küçəsinin (Tarqovı) yenidən bağlanması ilə bağlı yayılan məlumata münasibət bildirib. İdarənin Mətbuat Xidmətindən ONN media -ya bildirilib ki, hazırda polis tərəfindən Nizami küçəsinə giriş və çıxışda hər hansı məhdudiyyətlər tətbiq olunmur: “Sosial şəbəkələrdə küçənin bağlanılması ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir”.