Bu gecə ikinci Qədr gecəsidir

Bu gecə ikinci Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (Əhya) gecəsi olacaq. ONN media xəbər verir ki, Ramazan ayının ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edib. Bu gün - Ramazanın 20-ci günü Qədr gecəsinin ikinci, Ramazanın 22-ci günü - mayın 16-da isə üçüncü gecəsi olacaq. Qeyd edək ki, Ramazanın 26-cı gününün axşamı - mayın 20-dən 21-nə keçən gecə də Qədr gecəsi olacaq. Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.

Geri qayıt