Bayram günlərində məhdudiyyətlər TƏTBİQ EDİLƏCƏK? - RƏSMİ

Bayram günlərində məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı qərar yoxdur. Amma çağırış var. ONN media xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, bayram günləri sosial izolyasiyanın qorunması üçün bir fürsətdir. İ.Məmmədov qeyd edib ki, açıq havada fəaliyyət göstərən restoranların saat 18:00-dan fəaliyyət göstərməsi üçün bu günə qəbul edilən qərar yoxdur: "Bütün restoranların hələ ki, 18:00-a qədər fəaliyyət göstərməsi müəyyən olunub". Yaqut Qarayeva dünya praktikasını nümunə gətirərək bayram günlərində tətbiq olunacaq rejimin müzakirə oluna biləcəyini deyib: "Statistika artarsa, məhdudiyyətlər tətbiq oluna bilər. Eyni zamanda, idman zallarının fəaliyyətini bərpa etmək üçün tezdir. Nəzərə alaq ki, orada insanlar idmanla məşğul olur, nəfəs almaq çətindir. Maskada idman etmək mümkün deyil. Eyni zamanda, ortaq idman alətlərinin olduğunu nəzərə alaraq bunu düşünmək üçün tezdir"