Prezident Respublika Günü ilə bağlı paylaşım etdi - FOTO

Prezident İlham Əliyev feysbuk səhifəsində 28 May - Respublika Günü münasibətilə paylaşım edib. ONN media xəbər verir ki, paylaşımda deyilir: "Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq".