190 manat yenə veriləcək? - RƏSMİ

"Birdəfəlik 190 manat birdəfəlik ödəmələr 2 ay üçün nəzərdə tutulmuşdu". ONN media xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, karantin rejiminin uzadılması ilə bağlı bu məsələ yenidən müzakirə olunacaq. Bankların vətəndaşlardan kredit borcları tələb etməsinə aydınlıq gətirən İbrahim Məmmədov bildirib ki, bu situasiya araşdırılmalıdır.