Bərbərxana və gözəllik salonları BAĞLANACAQ?

Xəbər verdiyimiz kimi, iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq. ONN media xəbər verir ki, məhdudiyyətlərin tətbiq olunduğu müddət ərzində bərbərxana və gözəllik salonları bağlanacaq. Bunu Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.