Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği artırıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb.
ONN media xəbər verir ki, sərəncama əsasən, 2018-ci il martın 1-dən beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği 10 faiz artırılıb.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.