Ölkədə son vəziyyət necədir? - TƏBİB AÇIQLADI

Ölkədə son vəziyyət necədir? - TƏBİB AÇIQLADI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 28-nə olan statistik göstəriciləri açıqlayıb. ONN media  xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 8 429 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 698 815 test aparılıb. Onlardan 30 858-nin cavabı pozitiv çıxıb. İndiyədək 430 nəfər COVID-19-dan dünyasını dəyişib, 23 873 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 6 555 nəfərdir. 299 nəfər reanimasiyada, 73 nəfər süni tənəffüs cihazındadır. Xatırladaq ki, bu gün Azərbaycanda 412 yoluxma faktı qeydə alınıb, 7 nəfər dünyasını dəyişib, 631 pasiyent sağalıb.

Geri qayıt