“TurAz Qartalı-2020” taktiki-uçuş təlimləri davam edir - GÖRÜNTÜLƏR

“TurAz Qartalı-2020” taktiki-uçuş təlimləri davam edir - GÖRÜNTÜLƏR

Ölkəmizdə keçirilən “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir. Mərhələnin planına uyğun olaraq Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin gündüz və gecə şəraitində döyüş uçuşları keçirilib. Bu barədə ONN media -ya Müdafiə Nazirliyindən məlumat verilib. Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirib. https://youtu.be/RneLecKL1xw

Geri qayıt