Kim Çen komaya düşüb: Ölkəyə o rəhbərlik edir...

Bir neçə ay öncə öldüyü iddia edilən Şimali Koreya lideri Kim Çen Inın həyati təhlükəsi olduğu, komaya girdiyi və hakimiyyətdən getdiyi bildirilir. ONN media xəbər verir ki, bu barədə Cənubi Koreya mediası yazıb. “Kim Çen In koma vəziyyətindədir, ancaq sağdır. Bu il jurnalistlərin qarşısına da çox çıxmadı. Bunun səbəbi səhhətindəki problemlərdir ", - xəbərdə qeyd olunub. Hazırda defakto lider olaraq ölkəyə Kim Çen Inın qardaşı Kim Yo Inın rəhbərlik etdiyi bildirilir. Qeyd edək ki, bu ilin aprel ayında da Kim Çen Inın öldüyü xəbəri yayılmışdı. xxx Şimali Koreya lideri Kim Çen Inın səhhəti yenidən ağırlaşıb. Bu barədə Cənubi Koreyalı diplomatlardan biri "Twitter"də yazıb. Diplomat iddia edib ki, ölkə lideri koma vəziyyətindədir və bacısı Şimali Koreyaya nəzarəti ələ almağa hazırlaşır.