Ramiz Mehdiyevin həbs edilən kürəkənindən YENİ XƏBƏR

Ramiz Mehdiyevin həbs edilən kürəkənindən YENİ XƏBƏR

Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün azadlığa çıxır. ONN media xəbər verir ki, avqust ayının 22-si həbs olunan qudaların bu gün 15 sutkalıq inzibati cəzası başa çatıb. Adıçəkilən şəxslər Abşeron Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə cəzalandırılmışdılar. Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev 18 avqustda karantin qaydalarını pozaraq Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy etmişdi.

Geri qayıt