Türk ordusu 2 şəhid verdi - Yaralı var

Türkiyə Silahlı Qüvvələri şəhid verib. ONN media xəbər verir ki, “Pəncə-Aslan” anti-terror əməliyyatı bölgəsində 2 türk əsgər şəhid olub, 1-i yaralanıb. Bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, separatçı terror ünsürləri türk ordusunun bazasına raket atıb. Yaralı əsgər dərhal xəstəxanaya yerləşdirilib.