Peyğəmbərin karikaturasını çəkənlərə SİLAHLI HÜCUM

Peyğəmbərin karikaturasını çəkənlərə SİLAHLI HÜCUM

Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” karikatura dərgisinin binasına silahlı hücum olub. ONN media xəbər verir ki, nəticədə 4 nəfər yaralanıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Cinayətkar Bastilla Operasının pilləkənlərində saxlanılıb. İki polis hadisə yerində bıçaq aşkarlandığını açıqlayıb. Bina polis tərəfindən əhatəyə alınıb, giriş-çıxışı bağlanıb. Qeyd edək ki, dərgi 5 il öncə İslam peyğəmbəri Məhəmmədin karikaturasını dərc etmiş, bundan sonra cihadçıların hücumuna məruz qalmışdı. Nəticədə, 12 nəfər ölmüşdü.

Geri qayıt