Müdafiə Nazirliyi bu xəbərləri təkzib edir

Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır. ONN media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir.