SON DƏQİQƏ: Erməni tərəfi böyük ərazi itkilərini TƏSDİQ ETDİ

“Dağlıq Qarabağda tammiqyaslı müharibə gedir, erməni tərəfinin itirilmiş mövqeləri var”. ONN media xəbər verir ki, bu sözləri Qarabağ separatçılarının lideri Araik Arutyunyan brifinq zamanı bildirib. Onun sözlərinə görə, baş verənlər indiyə qədər olmamış tammiqyaslı müharibədir. Ömər aşırımından Araza qədər - bütün cəbhə xətti boyu döyüşlər gedir: “Bu, 2016-nın apreli, Tavuş hadisələri deyil. Bu hazırlıq işləri görülmüş klassik müharibədir”.