Türkiyəli məşhurlar Azərbaycana dəstək paylaşımları etdilər - FOTO

Türkiyənin məşhur simaları ötən gündən Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlərdən yazıblar. ONN media xəbər verir ki, tanınmış incəsənət nümayəndələri paylaşımlarında hər zaman Azərbaycanı dəstəklədiklərini bildiriblər. Müğənni Mustafa Ceceli: “Vaxtı gəldi, Allah zəfər nəsib etsin”. Aparıcı Seren Serengil: “Dostunuz dostumuz, düşməniniz düşmənimizdir. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Xarakterli dost belə olur. İki dövlət, tək millətik. Bizimlə kimsə dava etməsin, etməyə də cəhd etməsin”. Aktyor Oktay Kaynarca: “Türkiyə daim Azərbaycanın yanındadır”. Aktrisa Tuvana Türkay: “Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”. Müğənni Ebru Yaşar: “Biz bir millət, iki dövlətik. Azərbaycana edilən hücumları qınayıram. Qardaşlarımızın yanındayıq”. Müğənni Alişan: “Hər şey Vətən, Qarabağ, cəbhə, qələbə üçün”. Bundan əlavə, aktyor Haluk Bilginer, müğənnilər Demet Akalın, Seda Sayan, Serdar Ortaç da instaqram səhifələrində dəstək paylaşımı ediblər. (qafqazinfo.az)