Düşmən ölən hərbçilərinin sayını ETİRAF ETDİ

Ermənistan tərəfi hərbi itkilərini açıqlamaqda davam edir. ONN media xəbər verir ki, qondarma “Dağlıq Qarabağ”ın rəsmisi Artur Sarkisyan erməni KİV-nə açıqlamasında bildirib ki, daha 54 hərbçi itiriblər. O, çoxlu yaralıların olduğunu və sayları barədə məlumat veriləcəyini açıqlayıb. Qeyd edək ki, işğalçı Ermənistan bununla da sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda 158 hərbçisinin həlak olduğunu etiraf edib.