Türkiyə hökuməti cəbhədəki vəziyyəti MÜZAKİRƏ EDƏCƏK

Bu gün Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək. Bu barədə məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb. İclasda Azərbaycan Ordusunun Ermənistanın yeni təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları müzakirə olunacaq. Bu məsələ toplantının gündəliyinə salınan əsas mövzulardan biridir.