Ermənistan ölən daha 21 hərbçinin adını açıqladı - SİYAHI

İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir. ONN media xəbər verir ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçilərinin növbəti siyahısını “Sputnik Ermənistan” saytı yayıb. Bildirilir ki, ermənilər daha 21 hərbçi itirib. Bununla da Ermənistan tərəfi 220 hərbçisinin öldüyünü etiraf edib.