Bayramov Çavuşoğluyla atəşkəsdən DANIŞDI

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. ONN media xəbər verir ki, bu barədə məlumatı Türkiyə KİV yayıb. Məlumata görə, telefon danışığı zamanı nazirlər Ermənistanın atəşkəs pozuntularını dəyərləndiriblər.