Paşinyan məğlubiyyətini xalqa belə ETİRAF ETDİ

Paşinyan məğlubiyyətini xalqa belə ETİRAF ETDİ

Sentyabrın 27-dən Dağlıq Qarabağda aparılan döyüşlərdə Azərbaycan ordusuna uduzan Ermənistan rəhbərliyi məğlubiyyətini dolayı yolla da olsa, etiraf edib. ONN media bildirir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu gün feysbuk hesabında yayımladığı videomüraciətdə ordusunun çətin anlar yaşadığını və itkilər verdiyini dilə gətirib. “Bu müddət ərzində çox itki verdik. Bu anda qurbanlarımızın sayı çoxdur və şəhidlərimiz üçün yas tuturam”, -deyə Paşinyan bildirib. O, Azərbaycan ordusunun uğurlarının erməni ordusuna məxsus arxa cəbhədə çaxnaşma yaratdığını qeyd edib. “Azərbaycan Silahlı Qüvvələri döyüşlərin son günlərində taktikalarını dəyişiblər. Bunu ümidsizlik yaymaq üçün deyil, xalqla həqiqət dilində danışmalı olduğum üçün deyirəm”- deyə o qeyd edib. Paşinyan bildirib ki, Qarabağda vəziyyət ağır olaraq qalır.

Geri qayıt