Tərtərdə dəfn zamanı mərmi atıldı - ÖLƏNLƏR VAR

Tərtərdə dəfn zamanı mərmi atıldı - ÖLƏNLƏR VAR

Cəbhədə vəziyyət gərgin olaraq qalır. ONN media  xəbər verir ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir. Oktyabrın 15-i düşmən növbəti dəfə dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə rayona top mərmisi atıb. Ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb. Nəticədə ilkin məlumatlara görə 3 mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Həmin şəxslərin adları dəqiqləşdirilir. Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.(report)

Geri qayıt