Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Dünyanın ən böyük və gözəl şəlalələrindən biri olan Niaqara Azərbaycanın üçrəngli bayrağının rəngləri ilə işıqlandırılıb. ONN media xəbər verir ki, bununla bağlı Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev “Twitter” hesabında paylaşım edib. “Niaqara şəlaləsi bu gün Azərbaycanın Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılır. Bunu reallaşdırdığınıza görə çox təşəkkür edirəm”, - baş konsul qeyd edib.