Hikmət Hacıyev ərazilərimizə atılan mərmilərin sayını AÇIQLADI

Ermənistanın Azərbaycanlı mülki vətəndaşlara qarşı Müharibə Cinayətləri davam edir. ONN media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb. Hikmət Hacıyev bildirib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub: Tərtər – 423 mərmi Ağdam – 49 mərmi Ağcabədi – 24 mərmi Goranboy – 2 mərmi Naftalan/Goranboy – “Smerch” raketləri. Tərtərdə 2 mülki həlak olub, biri yaralanıb.