Azərbaycanda bu gün koronavirusa yoluxma REKORD HƏDDƏ ÇATDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ONN media xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 11 nəfər COVID-19-dan vəfat edib.