Ordumuzun Xankəndini atəşə tutması ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib. Müdafiə Nazirliyindən ONN media -ya verilən məlumata görə, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir.