Xocavənd istiqamətində düşmənin zenit qurğusu sıradan çıxarılıb (VİDEO)

Xocavənd istiqamətində düşmənin zenit qurğusu sıradan çıxarılıb (VİDEO)


Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.

ONN media -ya Müdafiə Nazirliyindən verilən xəbərə görə, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.

Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəflərini və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.

https://youtu.be/5e1A8yWciKY
Geri qayıt