Ordumuz Kəlbəcərə hərəkət etmək üçün tam hazırdır - RƏSMİ

Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir. ONN media xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov deyib. Azərbaycan Ordusunun nəzarətində olan ərazilər minalardan təmizlənib. Kəlbəcərə hərəkət iki istiqamətdə - Göygöl və Daşkəsən istiqamətində olacaq. "İlk öncə Azərbaycan - Ermənistan sərhədində yerləşmə olacaq."