Ərdoğanın 5 saatlıq iclasında QARABAĞ MÜZAKİRƏSİ

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
ONN media xəbər verir ki, 5 saata yaxın davam edən toplantıda bir sıra məsələlər müzakirə olunub.
İclasla bağlı mətbuata açıqlamada qeyd olunub ki, toplantıda Dağlıq Qarabağdakı mövcud vəziyyət də müzakirə olunub:
"Atəşkəs razılaşmasının həyata keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpası, Cənubi Qafqazda geopolitik vəziyyət, daimi sülhə nail olunması məsələlərində Türkiyənin rolu barədə geniş müzakirələr aparılıb".