İlham Əliyev və Ərdoğan Ulu öndərin məzarını ziyarət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. ONN media xəbər verir ki, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.