Ali Baş Komandan Qəzyanda erməni dilində olan lövhəni belə sökdürdü – VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilən Qubadlı rayonunun Qəzyan kəndinə səfəri zamanı ermənicə yazı olan lövhəni görərək onu sökdürüb. ONN media xəbər verir ki, dövlət başçısı özü avtomobili idarə edərkən həmin lövhəni görüb və “ermənicə nəsə yazıblar orada” deyərək avtomobili saxlayıb. Daha sonra isə həmin lövhə sökülüb.(qafqazinfo.az) https://youtu.be/rmCfIeTIxrM
