190 manatın verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

190 manatın verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

Bu barədə ONN media -ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

O bildirib ki, birdəfəlik ödəmələr dekabrın 25-indən vətəndaşlara ödənilir: "Artıq banklar ödəmələrin icrasına başlayıb. Ümumilikdə təxminən 600 min nəfərə 190 manat ödəniləcək. Birdəfəlik ödənişlər bu ayın sonuna qədər ödəniləcək".

Geri qayıt