“Xudavəng” monastrından yeni görüntülər: Ordumuz girişdə post qurub – Video

Kəlbəcərin Xudavəng monastrı rayon işğaldan azad olunduqdan sonra Rusiya sülhməramlıları tərəfindən nəzarətə alınıb. ONN media xəbər verir ki, monastrdan videoreportaj hazırlayan Baku TV əməkdaşı Azərbaycan ordusunun da monastrın girişində post qurduğunu bildirib. Videoreportajda ermənilərin qədim Alban monastrını saxtalaşdıraraq erməni qriqoryan kilsəsi adlandırmaları və bunun üçün monastrın divarlarında həkk olunan ornamentləri dəyişib məhv etmələri, özlərinə məxsus işarələri divarlara həkk etmələri qeyd olunub. Daha ətraflı videoda izləyə bilərsiniz: https://youtu.be/GX86lm7HTkg