Bakıda dördtərəfli görüş keçiriləcək

Bakıda dördtərəfli görüş keçiriləcək


ONN media xəbər verir ki, Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü keçiriləcək.

İranın Azərbaycandakı səfirliyindən  verilən xəbərə görə, görüşün martın 15-də keçirilməsi planlaşdırılır.

Səfirlikdən bildirilib ki, dördtərəfli görüşün Bakıda keçirilməsi təklifi ilə Azərbaycan XİN çıxış edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin görüşdə iştirak üçün Azərbaycana səfəri gözlənilir.

Geri qayıt