Rusiya MN Dağlıq Qarabağla bağlı XƏBƏR YAYDI

Dağlıq Qarabağda sutka ərzində bütün təmas xətti boyunca atəşkəsə əməl edilib. ONN media xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb: Bu günə kimi qaynar xəttə 575 zəng daxil olub. Bu gün 235, ümümilikdə 48.694-dən çox erməni Ermənistandan Dağlıq Qarabağa qaytarılıb. Dağlıq Qarabağda 480,2 hektar ərazi, 182,8 km yol, 710 yaşayış binası, o cümlədən 22 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 23 404 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.