FHN əməkdaşlarının əmək haqqı artırıldı - SƏRƏNCAM

FHN əməkdaşlarının əmək haqqı artırıldı - SƏRƏNCAM


Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncamı imzalayıb.

ONN media-nın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

Nazirlər Kabinetinin bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Geri qayıt